...

Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim oldu

Hadisə Materials 10 Avqust 2018 13:34 (UTC +04:00)
Ağdaş şəhər sakini Nizami İsmayılovu qətlə yetirmiş Hüseyn İbadov könüllü olaraq təslim olub
Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim oldu

Bakı. Trend:

Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim olub.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 9-da Ağdaş şəhəri ərazisindəki qəbiristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.

Sonra o, könüllü olaraq polisə gəlib və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini təhvil verib.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən H.İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti