...

Salyanda qonşusunu öldürən şəxs tutulub

Hadisə Materials 3 Sentyabr 2018 14:42 (UTC +04:00)

Bakı. Trend:

Salyanda qonşusunu öldürən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə E.Səmədov tutulub.

Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti