...

"Neft Daşları"nda iş yoldaşını qətlə yetirən şəxsə 17 il cəza verildi

Hadisə Materials 5 Sentyabr 2018 16:51 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Neft Daşları"nda iş yoldaşını qətlə yetirən şəxsə 17 il cəza verildi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əsgərov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il "Neft Daşları"nda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində, bölmənin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında mübahisə baş verib.

Nəticədə A.Əsgərov A.Xalıqova bıçaqla xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti