...

FHN ölümlə nəticələnmiş yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 24 Sentyabr 2018 11:10 (UTC +04:00)
Göygöl rayonu ərazisində “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
FHN ölümlə nəticələnmiş yol qəzası ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Göygöl rayonu ərazisində “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini və sürücü, 1975-ci il təvəllüdlü Babayev Yalçın Namaz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti