...

Lənkəran və Masallıda brakonyerlər saxlanılıb

Hadisə Materials 1 Oktyabr 2018 17:16 (UTC +04:00)
Lənkəran və Masallı rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.
Lənkəran və Masallıda brakonyerlər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Masallı rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 3 ov tüfəngi və ovlanmış cürə quşları götürülüb.

Araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Nadir Ağayev, Masallı rayon sakinləri Rahim Əzizov və Məmmədhüseyn Əsədov olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib, inzibati qaydada ümumilikdə 3035 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti