...

Daşkəsəndə sərxoş oğul valideynlərini xüsusi amansızlıqla döydü

Hadisə Materials 23 Oktyabr 2018 12:46 (UTC +04:00)
Daşkəsəndə ata-anasını döyən şəxs saxlanılıb.
Daşkəsəndə sərxoş oğul valideynlərini xüsusi amansızlıqla döydü

Bakı. Samir Əli - Trend:

Daşkəsəndə ata-anasını döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional qrupundan Trend-ə verilən məlumata görə, sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alması barəsində Daşkəsən rayon Polis Şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Firdovsi Bağırov saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəmnində baş verdiyi müəyyən olunub. İfadəsində Firdovsi tutduğu əməldən peşman olduğunu qeyd edib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti