Bakı. Trend:
Oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus “Hovo” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən 2 nəfər orada xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
38-ci Polis Bölməsində aparılan araşdırmalarla onların Bakı şəhər sakinləri Vaqif Fərəcov və Amid Əliyev olduqları müəyyən edilib.