Bakı. Trend:
Ağdamda yolu keçən piyadanı avtomobil vurub öldürüb.
DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 14 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində Eyvazlı kənd sakini Babək Köçərli İdarə etdiyi “NazLifan” markalı avtomobillə yolu keçən Çullu kənd sakini Zülfü Əsədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 24-də orada ölüb.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.