Bakı. Trend:
Gəncə şəhəri ərazisində “VAZ” markalı avtomobillər toqquşub.
DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 9-da saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Faiq Kərimovun və Ağsu rayon sakini Qalib İdayətovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.
Bu zaman avtomobildən düşmüş F.Kərimov əsəbləşərək səs-küy saldığından onu qıcolma tutub və xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.