Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə tikintisi davam edən viaduk tipli körpü dağılıb.
Trend-in məlumatına görə, hadisə Kocaeli vilayətində qeydə alınıb.
Dağıntılar altında 5 işçinin qaldığı bildirilir.
Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib. Xilasetmə əməliyyatı aparılır.
Qeyd edək ki, körpünün dirəklərinin hündürlüyü 30 metrdir.