Bakı. Trend:
Banqkok sakini milli park ərazisindən avtomobil ilə keçərkən vəhşi fillə toqquşub.
Trend-in məlumatına görə, Nakxon Ratçasima əyalətində yerləşən Kxao Yay milli parkında baş verən toqquşma nəticəsində avtomobilin sürücüsü həlak olub.
Bildirilir ki, avtomobil toqquşmadan sonra deformasiya olub və xilaedicilər sürücünün cəsədini çıxarmaq üçün xüsusi texnikadan istifadə ediblər.
Kxao Yay milli parkının reyncerləri toqquşmada xəsarət aldığını ehtimal etdikləri filin axtarışlarına başlayıblar.