...

Bakıda yol qəzalarında 2 piyada ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib

Hadisə Materials 29 Noyabr 2018 15:06 (UTC +04:00)
Ötən gün yol qəzalarında 2 piyada ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.
Bakıda yol qəzalarında 2 piyada ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. Samir Əli - Trend:

Ötən gün yol qəzalarında 2 piyada ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 28-də saat 6 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurub. Nəticədə N.Bəndəliyev hadisə yerində ölüb, xəsarət almış digər iki piyada xəstəxanaya yerləşdiriliblər.

Noyabrın 28-də saat 18 radələrində isə Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini Elnur Şahbazov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Aybəniz Zeynalovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti