...

Dübəndidə ağır qəza - 4 nəfər ölü

Hadisə Materials 3 Dekabr 2018 12:51 (UTC +04:00)
Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Dübəndidə ağır qəza - 4 nəfər ölü

Bakı. Trend:

Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Dekabrın 1-də saat 23 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarov idarə etdiyi “Chevrolet” markalı avtomobili yol ayırıcısına (səkiyə) vurduqdan sonra yolun əks istiqamətinə keçərək qarşıdan gələn Xaçmaz rayon sakini Ümüd Alxasovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə N.Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti