...

Sabunçuda 3 otaqlı ev yanıb

Hadisə Materials 10 Dekabr 2018 18:52 (UTC +04:00)
Bakının Sabunçu rayonunda ümumi sahəsi 75 kv.m olan birmərtəbəli ev yanıb.
Sabunçuda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bakının Sabunçu rayonunda ümumi sahəsi 75 kv.m olan birmərtəbəli ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti