...

Çayda batan şəxsin meyiti tapılıb

Hadisə Materials 11 Dekabr 2018 11:59 (UTC +04:00)
Lənkəran şəhərinin Lüvəsər kəndində, Lənkəran çayında batdığı ehtimal edilən 1966-cı il təvəllüdlü Nəsirov Valeh Fayaz oğlunun axtarışları başa çatıb.
Çayda batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Lənkəran şəhərinin Lüvəsər kəndində, Lənkəran çayında batdığı ehtimal edilən 1966-cı il təvəllüdlü Nəsirov Valeh Fayaz oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, V.Nəsirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti