...

Tövləyə od vurub iki inəyi yandıran şəxs yaxalandı

Hadisə Materials 12 Dekabr 2018 14:44 (UTC +04:00)
Dekabrın 8-də Quba rayonunun Qorxmazoba kənd sakini Şahbaz Əlverdiyevə məxsus yardımçı təsərrüfat yanıb, nəticədə 2 baş inək tələf olub.
Tövləyə od vurub iki inəyi yandıran şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

Dekabrın 8-də Quba rayonunun Qorxmazoba kənd sakini Şahbaz Əlverdiyevə məxsus yardımçı təsərrüfat yanıb, nəticədə 2 baş inək tələf olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində yardımçı təsərrüfatın qəsdən yandırılması müəyyən edilib.

Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Zərdabi kənd sakini Fəzahim Ağamirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti