...

5 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycana daxil olmasının qarşısı alınıb (FOTO)

Hadisə Materials 12 Dekabr 2018 13:08 (UTC +04:00)
5 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycana daxil olmasının qarşısı alınıb.
5 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycana daxil olmasının qarşısı alınıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son günlərdə buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhə­dindən keçmələrinin qarşısı alınıb.

DSX-nin Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qis­mən saxta olması, 4 dekabr tarixində Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub.

Bundan başqa, 5 dekabr tarixində Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, 6 dekabrda Ərbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.

Həmçinin 7 dekabr tarixində Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Çaudhari Ravindrakumar Coitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti