...

Gürcüstandan gələn avtomobilin benzin çənində pirotexniki vasitələr aşkarlanıb (FOTO/VİDEO)

Hadisə Materials 17 Dekabr 2018 14:41 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttində Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gürcüstandan gələn avtomobilin benzin çənində pirotexniki vasitələr aşkarlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttində Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin benzin çəninin içərisində gizlədilən, üzərində "Mega Black Devil" yazıları olan 560 ədəd və üzərində "Piccolo Corsar" yazıları olan 840 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti