...

Şamaxıda ağır qəza: 1 ölü, 4 yaralı

Hadisə Materials 19 Dekabr 2018 12:05 (UTC +04:00)
Şamaxı rayonunun Padarçöl kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Şamaxıda ağır qəza: 1 ölü, 4 yaralı

Bakı. Trend:

Şamaxı rayonunun Padarçöl kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 18-də saat 21 radələrində Şamaxı rayonunun Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərovun idarə etdiyi və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub.

Nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölüb, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti