...

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr və fişənglər aşkarlanıb (FOTO)

Hadisə Materials 20 Dekabr 2018 15:03 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr və fişənglər aşkarlanıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin döşəməsində xüsusi düzəldilmiş saxlanc yerindən üzərində "Magic Shots 40S" yazısı olan 408 ədəd və üzərində "Magic Shots 20S" yazısı olan 192 ədəd fişənglər, üzərində "Piccolo Corsar" yazısı olan 32 qutu pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti