Bakı. Ceyhun Ələkbərov - Trend:
Bu gün səhər saatlarında Yevlax rayonu Salahlı kəndi ərazisində baş vermiş qəzada 4 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, 2 yük maşının toqquşması nəticəsində xəsarət alan şəxslər Təcili Tibbi Yardım vasitəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanası yerləşdiriliblər.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəsarət alan şəxslər Yevlax rayonu Aran qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Ədilzadə Rəşad İntiqam oğlu, 1978-ci il təvəllüdlü Sərdarov İlqar Eldar oğlu, 1974-cü il təvəllüdlü Məhərrəmov Natik İlyas oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Orxan Rafiq oğludur.
Onlardan üçünün xəsarətləri ciddi olmadığından ilkin tibbi müayinədən sonra evə buraxılıblar. O.Zeynalovun isə xəsarəti ağır olduğundan müalicəsi davam etdiriləcək.