...

Cəlilabadda qəza törədən motosikletin sərnişini öldü

Hadisə Materials 26 Dekabr 2018 15:10 (UTC +04:00)
Cəlilabad rayonunun Ağdaş kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Cəlilabadda qəza törədən motosikletin sərnişini öldü

Bakı. Trend:

Cəlilabad rayonunun Ağdaş kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 25-də saat 18 radələrində Cəlilabad rayonunun Ağdaş kəndi ərazisində Kövüzbulaq kənd sakini Sənan Əmirovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə kənd sakini Yadigar Cavadovun idarə etdiyi “Skuter” markalı dövlət qeydiyyat nişanları olmayan motosiklet toqquşub.

Nəticədə Y.Cavadovun sərnişini, həmkəndlisi Orxan Əlisahibov hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti