...

Xətai və Abşeron rayonlarında mağazalarda pirotexniki məmulatlar aşkarlanıb

Hadisə Materials 27 Dekabr 2018 14:05 (UTC +04:00)

Bakı. Trend:

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xətai və Abşeron rayonları ərazisində keçirdikləri növbəti reydlər zamanı 2 mağazadan ümumilikdə 8500 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti