...

Bakıda polisi bıçaqlayan şəxs tutulub

Hadisə Materials 29 Dekabr 2018 15:43 (UTC +04:00)
Bakıda polisi bıçaqlayan şəxs tutulub
Bakıda polisi bıçaqlayan şəxs tutulub

Bakı. Trend:

Bakıda polisi bıçaqlayan şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almış Şəmkir rayon sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Əli Əsgərov yaxalanarkən o polis əməkdaşına bıçaqla xəsarət yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti