...

Çində əli bıçaqlı şəxs ətrafdakılara hücum edib

Hadisə Materials 15 Yanvar 2019 05:55 (UTC +04:00)
Çinin Fuçjou şəhərində əli bıçaqlı şəxsin hücumu nəticəsində 1 nəfər ölüb
Çində əli bıçaqlı şəxs ətrafdakılara hücum edib

Bakı. Tural Turan - Trend:

Çinin Fuçjou şəhərində əli bıçaqlı şəxsin hücumu nəticəsində 1 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə yerli vaxtla 21:00 radələrində baş verib. Əlində bıçaq olan şəxs ətrafdakılara hücum edib, sonra isə çaya tullanıb.

Hadisənin motivi kimi məişət mübahisəsi ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti