...

Yanacaqdoldurma məntəqəsinin işçisini hədələyərək pul tələb edən şəxslər saxlanılıb

Hadisə Materials 19 Yanvar 2019 12:22 (UTC +04:00)
Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Yanacaqdoldurma məntəqəsinin işçisini hədələyərək pul tələb edən şəxslər saxlanılıb

Bakı. Trend:

Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş 2 maskalı şəxs orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb ediblər, amma müqavimətlə rastlaşdıqlarından qaçıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib.

İstintaq və əməliyyat tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti