...

İmişli və Tərtərdə qanunsuz ov edən şəxslər saxlanılıb

Hadisə Materials 28 Yanvar 2019 12:31 (UTC +04:00)
İmişli və Tərtərdə qanunsuz ov edən şəxslər saxlanılıb.
İmişli və Tərtərdə qanunsuz ov edən şəxslər saxlanılıb

Bakı. Trend:

İmişli və Tərtərdə qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən 2 şəhər sakini saxlanılıb. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən 2 kənd sakini saxlanılıb. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti