...

FHN intihar etmək istəyən Abşeron sakinini xilas etdi

Hadisə Materials 7 Fevral 2019 12:54 (UTC +04:00)
Abşeron rayonunun Goradil qəsəbəsində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
FHN intihar etmək istəyən Abşeron sakinini xilas etdi

Bakı. Trend:

Abşeron rayonunun Goradil qəsəbəsində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

FHN-dən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti