...

Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb

Hadisə Materials 15 Fevral 2019 09:57 (UTC +04:00)
Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb
Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb

Bakı. Trend:

Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı “TOZ” markalı, təklülə tüfəng aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti