...

Bakıda vətəndaşın bank hesabından oğurluq edilib

Hadisə Materials 15 Fevral 2019 15:22 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 11-də “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs üç gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti