...

Bazarda YANĞIN: 2 nəfər öldü

Hadisə Materials 25 Fevral 2019 14:03 (UTC +04:00)
İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərinin bazarında ayaqqabı mağazasında yanğın baş verib.
Bazarda YANĞIN: 2 nəfər öldü

Bakı. Elnur Bağışov – Trend:

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərinin bazarında ayaqqabı mağazasında yanğın baş verib.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadinian deyib.

V.Şadinianın sözlərinə görə, yanğın nəticəsində bir nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb.

Qeyd edək ki, məşhur Təbriz bazarı 15 kvadratmetr ərazini əhatə edir. Bazarda irili-xırdalı 5 min dükan və ticarət mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti