...

Bakıda 21 yaşlı qız 4 aydır yoxa çıxıb

Hadisə Materials 27 Fevral 2019 15:47 (UTC +04:00)
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Dadaşova Brilyant Gəray qızı itkin düşüb.
Bakıda 21 yaşlı qız 4 aydır yoxa çıxıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Dadaşova Brilyant Gəray qızı itkin düşüb.

Trend-in məlumatına görə, B.Dadaşova noyabr ayında Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yaxınlarının verdiyi məlumata görə, xanım bundan əvvəl də bir neçə dəfə evdən gedib ancaq bir müddətdən sonra geri qayıdıb.

Bu dəfə isə uzun müddət yoxa çıxdığından onlar polisə müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti