...

Keyfiyyətsiz dərman vasitələri məhv edilib (FOTO/VİDEO)

Hadisə Materials 1 Mart 2019 18:35 (UTC +04:00)
Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitələri, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.
Keyfiyyətsiz dərman vasitələri məhv edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitələri, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin Azərbaycan Respublikasında qeydiyyatda olmadığı, keyfiyyət normativlərinə cavab vermədiyi müəyyən edildiyindən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC tərəfindən topdan satışa buraxılmasına qadağa qoyulub.

“Qırxbulaq” MMC, “Zeytun pharmacuticals” MMC, “Centrum pharma” MMC, “Alfa-N company” MMC, “NP” MMC, “Stomdent” MMC, “Amex” MMC, “Asfarma dərman sənaye LTD ŞTİ” MMC firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən həmin dərman vasitələri ümumilikdə 15863.40 ABŞ dolları, 2218822.88 Rus rublu, 25065.02 Avro dəyərində olub.

Bakı Baş Gömrük İdarəsi tərəfindən məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin siyahısı aşağıdakı cədvəldə göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti