...

ABŞ-da qasırğa nəticəsində 22 nəfər ölüb, azı 40 nəfər xəsarət alıb

Hadisə Materials 4 Mart 2019 08:22 (UTC +04:00)
ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 40-dan artıq insan xəsarət alıb
ABŞ-da qasırğa nəticəsində 22 nəfər ölüb, azı 40 nəfər xəsarət alıb

Bakı. Trend:

ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 40-dan artıq insan xəsarət alıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şərqi Alabamanın tibb mərkəzinin "Facebook" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Biz gündüz 40-dan artıq xəsarət alan qəbul etmişik və daha çox qəbul edəcəyimizi gözləyirik. Bəzi xəsarət alanlar digər xəstəxanalara göndərilir".

"WBRC" telekanalı öz nəvbəsində Li dairəsinin şerifi Cey Consona istinadla bildirir ki, qasırğa nəticəsində ölənlərin sayı 22 nəfər çatıb. Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.

Ştatın qubernatoru Key Ayvi pis hava şəraiti ilə əlaqədar ştatın bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti