...

Nəsimi rayonunda 3 köşkdə yeniyetmələrə tütün məmulatı satanlar cərimələnib

Hadisə Materials 13 Mart 2019 14:28 (UTC +04:00)
Nəsimi rayonunda 3 köşkdə yeniyetmələrə tütün məmulatı satanlar cərimələnib
Nəsimi rayonunda 3 köşkdə yeniyetmələrə tütün məmulatı satanlar cərimələnib

Bakı. Trend:

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, martın 12-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti