Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 8 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə içərisində 8 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.
Əməliyyat başa çatıb.