...

Lənkəran və Masallı sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Hadisə Materials 18 Mart 2019 14:12 (UTC +04:00)
Lənkəran və Masallı sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb
Lənkəran və Masallı sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Lənkəran və Masallı sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran rayonunun Veravul kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini E.Əzimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və kibrit qutusunda qablaşdırdığı 24 ədəd çətənə toxumu aşkar edilərək götürülüb.

Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə isə əlavə olaraq çəkisi 1,3 kiloqramdan artıq marixuana və 2 dibçəkdə çətənə şitilləri götürülüb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunmuş V.Yusifovun şəhər ərazisindəki yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1,5 kiloqrama yaxın tiryək, həmçinin heroin, metadon, metamfetamin və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti