...

Həbsxanada yatan dayısı oğluna mobil telefon ötürmək istədi, alınmadı...

Hadisə Materials 28 Mart 2019 10:27 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.1; 182.2.1; 182.2.4; 310 və 66.3-cü maddələrinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həsənov Babək Elbrus oğlu ilə qısamüddətli görüşə gəlmiş bibisi oğlu Daşkəsən rayon sakini Rəsulov Ədalət Əlağa oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki pencəyin cibində 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti