...

Biləsuvarda avtomobildən silah götürülüb

Hadisə Materials 3 Aprel 2019 16:05 (UTC +04:00)
Biləsuvar rayonunun Bəydili kənd sakini M.Əzizovun idarə etdiyi avtomobildən ov tüfəngi aşkar edilərək götürülüb
Biləsuvarda avtomobildən silah götürülüb

Bakı. Trend:

Biləsuvarda avtomobildən silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş M.Əzizovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti