...

Türkiyədə kütləvi zəhərlənmə olub

Hadisə Materials 8 Aprel 2019 10:29 (UTC +04:00)
Türkiyənin Mersin vilayətində kütləvi zəhərlənmə baş verib.
Türkiyədə kütləvi zəhərlənmə olub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Mersin vilayətində kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, insident kimyəvi məhsulların istehsalı ilə məşğul olan fabriklərin birində qeydə alınıb.

Qeyd olunur ki, zəhərlənmə kimyəvi qaz sızması səbəbindən olub. Zəhərlənənlərin sayının 33 nəfər olduğu bildirilir.

Qeyd edək ki, sonuncu dəfə Türkiyədə kütləvi zəhərlənmə bu il fevralın 4-də qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti