...

Qusarda ev yanıb

Hadisə Materials 1 May 2019 20:42 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qusarda ev yanıb

Bakı. Trend:

Qusarda sahəsi 240 kv.m olan ikimərtəbəli ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 4 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın, mətbəxin tavanı 50 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti