...

Radikal qruplaşma üzvünə hökm oxundu

Hadisə Materials 3 May 2019 17:58 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Məhərrəmov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Ə.Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə qardaşları"nın üzvü olub. Bir müddət istintaqdan yayınan Ə.Məhərrəmov barəsində axtarış elan edilərək bu il saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti