Bakı. Samir Əli - Trend:
Bakıda xarici vətəndaşların kirayə qaldıqları evdən oğurluq olub.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefon və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.