...

Qəbələdə ağaca çıxan kişi xəstəxanalıq oldu - Onu Bakıya çatdırdılar

Hadisə Materials 11 İyun 2019 09:58 (UTC +04:00)
Ötən gün Qəbələdə bəxbəxt hadisə baş verib.
Qəbələdə ağaca çıxan kişi xəstəxanalıq oldu - Onu Bakıya çatdırdılar

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün Qəbələdə bəxbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Tüntül kəndində qeydə alınıb. Meyvə ağacına çıxan 1965-ci il təvəllüdlü Məlik Şükürov oradan yıxılaraq xəsarətlər alıb.

Xəstə ilk öncə rayon xəstəxanasına çatdırılıb. Bir müddət orada müalicə aldıqdan sonra isə ötən axşam Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Döş qəfəsinin küt əzilməsi diaqnozu ilə müalicə alan 54 yaşlı kişinin vəziyyəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti