...

Bakıda bərbərxana yanıb

Hadisə Materials 12 İyun 2019 16:45 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakıda bərbərxana yanıb

Bakı. Trend:

Bakıda bərbərxana yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi rayonunda ümumi sahəsi 15 kv.m olan birmərtəbəli tikilinin (bərbərxana kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti