...

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən tütün məmulatları aşkarlanıb (FOTO)

Hadisə Materials 2 İyul 2019 13:15 (UTC +04:00)
Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən tütün məmulatları aşkarlanıb
Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən tütün məmulatları aşkarlanıb (FOTO)

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 0303" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan 60 ədəd 1 kq-lıq dəmir qablaşdırmada qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti