...

Xırdalanda "Mercedes" piyadanı vurdu, hadisə yerində keçindi

Hadisə Materials 9 İyul 2019 19:04 (UTC +04:00)
Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xırdalanda "Mercedes" piyadanı vurdu, hadisə yerində keçindi

Bakı. Trend:

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 8-də saat 13 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Y.Zərbalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rasim Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti