...

Mənzilə oğurluğa gələn şəxs su borusuna düşdü, yanğınsöndürənlər xilas etdi

Hadisə Materials 24 İyul 2019 21:27 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın paytaxtı Tehranın Şəhrəke-Qərb məntəqəsində oğru mənzilə su kondisionerinin borusu vasitəsi ilə daxil olmaq istəyərkən, orada ilişib qalıb.

Bu barədə Trend İSNA-ya istinadən məlumat verib.

Məlumata görə, Tehranın yanğınsöndürmə mərkəzinin əməkdaşları məlumat əsasında həmin şəxsi kondisioner borusundan çıxarıblar.

Polis həmin şəxsi saxlayıb.

Qeyd edək ki, İranda su kondisionerləri mənzillərin damında yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti