...

Lerikdə 2 otaq və aynabənddən ibarət ev yanıb

Hadisə Materials 6 Avqust 2019 13:39 (UTC +04:00)
Lerik rayonunda yanğın hadisəsi baş verib
Lerikdə 2 otaq və aynabənddən ibarət ev yanıb

Bakı. Trend:

Lerik rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Lerik rayonunun Qələbin kəndində ümumi sahəsi 120 m² olan olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2 ton ot bağlaması yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti