...

Zaqatalada 3-cü zəlzələ - 4 bal (YENİLƏNİB)

Hadisə Materials 10 Avqust 2019 17:22 (UTC +04:00)
Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zaqatalada 3-cü zəlzələ - 4 bal (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin məlumatlara əsasən yerli vatla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Zəlzələnin dərinliyi 7 kilometr olub.

XXX

15:08

İlkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti